Oktyabrın 14-də saat 11:00-da “İnterfaks-Azərbaycan” agentliyinin ofisində 23 oktyabr tarixində Bakıda Şən və Hazırcavablar Klubunun Prezident Kuboku uğrunda turnirinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında Azərbaycan Şən və Hazırcavablar Klubu Liqasının rəhbəri Anar Sultanov, “Bakı yığması” komandasının yaradıcı rəhbəri Rəşad Əzizov, komandanın direktoru Fərid Abbasov, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Dövlət Neft Şirkəti rəhbərliyinin nümayəndələri iştirak edəcəklər.
Mətbuat konfransı çərçivəsində KİV nümayəndələrinin turnirə akkreditasiyası keçiriləcək. Mətbuat konfransına gəlməyən jurnalistlərin yarışı işıqlandırmasına icazə verilməyəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07