Azərbaycan Diplomatik Akademiyası və British Council noyabr ayında Bakıda İngilis Dili Mərkəzinin açılmasına dair memorandum imzalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADA-dan məlumat verilib.
British Council-un direktoru Elizabet Uayt deyib ki, bu mərkəzin açılması tələbələrə dil öyrənmək üçün böyük imkanlar açacaq.
ADA-nın Humanitar və Dəqiq Elmlər İnstitutunun dekanı Vəfa Kazdal söyləyib: “Bizim məqsədimiz təhsil sisteminə yenilik gətirmək, təhsilə yeni yanaşma tapmaqdır və bu mərkəzin açılması bu məqəsəd gedən yolda ilk addımlardan biri olacaq”.
ADA və British Council arasında əməkdaşlıq Azərbaycanda ingilis dilinin öyrənilmə səviyyəsinin yüksəldilməsinə yönəldilib.