2013-cü ilin sentyabr ayında Azərbaycanda avqust ayı ilə müqayisədə yükdaşıma tarifləri 0,1% ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Statistik məlumatlara görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,2%, idxal üzrə 4,1%, tranzit üzrə 0,8% ucuzlaşıb, yerli əlaqə üzrə isə 3% bahalaşıb.
Sentyabr ayında sərnişindaşıma tarifləri avqust ayı ilə müqayisədə 0,7% ucuzlaşıb.
Hesabat dövründə dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,3%, hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,9%, digər xarici ölkələrə isə 4,1% ucuzlaşıb.
Sentyabrda boru kəməri vasitəsilə qazın və neftin nəql olunma tarifləri, həmçinin avtomobil və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə dəyişiklik müşahidə olunmayıb.