2013-cü ilin sentyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 2,4%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1% bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 1,9% ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Diri heyvanlar və heyvandarlıq məhsullarından südün istehsalçı qiymətləri 2,8%, diri qoyun və keçilərin 0,5%, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 2% bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 0,4% və 0,5%, yumurtanın istehsalçı qiymətləri isə 2,6% ucuzlaşıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 5,5% bahalaşma müşahidə olunub.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 4,5%, qarğıdalının 0,3%, arpanın 4,7%, xiyarın 1,3%, pomidorun 1,6%, badımcanın 13,4%, bibərin 0,3%, göyərtilərin 3,8%, yoncanın istehsalçı qiymətləri 30,9% bahalaşıb, yaşıl lobyanın istehsalçı qiymətləri 0,7%, lobya dəninin 1,5%, kələmin 1%, baş sarımsağın 19,7%, baş soğanın 2,5%, quru otun istehsalçı qiymətləri isə 1,9% ucuzlaşıb.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,4%, şaftalının 2,9%, gavalı və göyəmin 1,8%, zoğalın istehsalçı qiymətləri 1,9% bahalaşıb, üzümün istehsalçı qiymətləri 4,2%, limonun 5,8%, armudun 1%, şabalıdın 5,7%, qozun 1,2%, fındığın istehsalçı qiymətləri isə 16,8% ucuzlaşıb.