Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Tovuz rayonu ərazisində “Mercedes” markalı avtobus, “VAZ-2107” markalı minik avtomobili və “FİAT” markalı polis maşını toqquşub. Hadisə nəticəsində xəsarət almış “Jiquli” sürücüsü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.