Bakıda Azərbaycanın və SSRİ-nin xalq artisti, dövlət mükafatı laureatı, professor Arif Məlikovun yubileyi qeyd olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyininmətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabr ayının 12-də nazirlik Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın 80 illiyinə həsr olunan yubiley gecəsi keçirəcək.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səslənəcək. Orkestrin bədii rəhbər və baş dirijoru Xalq Artisti Rauf Abdullayevdir.