2013-cü il oktyabrın 1-nə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin ümumi sayı 1 mln. 580,474 minə çatıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Bununla yanaşı, təbii qazla təmin olunan abonentlərin 1 mln. 561,399 mini əhali, 19,075 mini qeyri-əhali abonentidir.
Bakı şəhərində “Azəriqaz” abonentlərinin ümumi sayı 684,154 min təşkil edir. Bunların 674,291 mini əhali, daha 9,863 mini qeyri-əhali abonentidir.
Respublikada 793,383 min əhali abonenti “smart-kart” tipli sayğaclarla təmin olunub.