Azərbaycanın iş adamları Tacikistanda şəxsiyyət vəsiqələrinin blankları istehsalı və mikroçip-li biometrik pasportların verilməsi sistemləri üzrə beynəlxalq tenderdə iştiraka dəvət olunublar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında verilən məlumata görə, tender Tacikistanın “Malların, işlərin və xidmətlərin dövlət satınalmaları Agentliyi” tərəfindən elan olunub.
Tender Tacikistanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilir.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.