Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) Yüksək Texnologiyalar Parkının inşası üçün Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılıb. Bu barədə nazirliyin saytında məlumat verilir.
Məlumatda qeyd edilir ki, hazırda parkın formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır.
Yüksək Texnologiyalar Parkı prezident İlham Əliyevin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Məqsəd İKT, kosmos, enerji səmərəliliyi, yüksək texnologiyaların tətbiqi və digər sahələrdə tədqiqatların aparılmasıdır.