Oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri göstərdi ki, bundan sonra heç bir beynəlxalq təşkilat Bakıya seçki prosesinin demokratik keçməməsinə dair iddia irəli sürə bilməz. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəyan edib.
MSK-nın cümə axşamı keçirilən iclasında M.Pənahov qeyd edib ki, ATƏT DTİHB-nin müşahidə missiyasından başqa heç bir beynəlxalq təşkilat Azərbaycan hakimiyyətinə seçki prosesi ilə bağlı hər hansı bir narazılıq bildirməyib.
“Seçkilər günü bizə qanun pozuntuları ilə bağlı dörd şikayət daxil olub. Şikayətlərə baxılması zamanı məlum olub ki, bu pozuntular seçkilərin nəticələrinə təsir göstərə bilməz. Bu seçkilər göstərdi ki, gələcəkdə heç bir beynəlxalq qurum Azərbaycana qarşı hər hansı iddia irəli sürə bilməz”,- deyə MSK sədri vurğulayıb.