Oktyabrın 20-də Kanadanın Vankuver şəhərində Azərbaycan film festivalı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.
Birinci festivalın keçirilməsində məqsəd Britaniya Kolumbiyası əyalətinin sakinlərini Azərbaycan kinematoqrafçılarının işləri ilə tanış etməkdir. Tədbir çərçivəsində həm SSRİ, həm də müstəqillik əldə etdiyimiz dövrdən sonra çəkilmiş filmlər nümayiş etdiriləcək.
Festival Britaniya Kolumbiyası əyalətində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Mərkəzi tərəfindən təşkil olunur.