Cümə günü Qax rayonunda tullantıların idarə olunması üzrə layihənin reallaşdırılmasının Yaponiya hökuməti tərəfindən maliyyələşdirilməsinə dair qrant sazişi imzalanacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Sənəd Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım proqramı” çərçivəsində imzalanır.
Bu, Yaponiya hökuməti tərəfindən Qax rayonunda həyata keçirilən beşinci layihədir.
Dəyəri $116,185 olan yeni layihə kəndin 18 675 sakininin tələbatının ödənilməsinə yönəlib.
Qeyd edək ki, Yaponiya hökuməti Azərbaycanda ümumi məbləği $13,972,038 mln. olan 172 sosial yönümlü layihə reallaşdırıb.