2013-cü ilin yanvar-sentyabr ayları ərzində SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əhali kateqoriyasından olan abonentlərə 1 mlrd. 464 mln. 51 min 23 kubmetr həcmində təbii qaz satılıb. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
Əhaliyə satılmış qazın qarşılığında 103,96% həcmində vəsait toplanıb. Sentyabr ayı üzrə satılmış 69 mln. 908 min 52 kubmetr təbii qazın qarşılığında toplanmış vəsaitin həcmi isə 121,08% təşkil edib. Bu, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılmış qaz həcmlərinin dəyərinin abonentlər tərəfindən yaz-yay mövsümündə ödənilməsi ilə əlaqədar olub.
Nəticədə cari sentyabr ayı ərzində debitor borc 3%, 1 yanvar 2013-cü il tarixinə mövcud olan debitor borc isə 9 ay ərzində 12,4% azalıb.
1 oktyabr 2013-cü il tarixinə olan məlumata əsasən, əhali sektoru üzrə 106 min 812 məcburi köçkün ailəsi fasiləsiz olaraq təbii qazla təmin olunub.
2013-cü il oktyabrın 1-nə “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin ümumi sayı 1 mln. 580,474 min təşkil edir ki, onların da 1 mln. 561,399 mini “əhali” kateqoriyasına aiddir.