“AtaSığorta” şirkəti Azərbaycanın qərbində 6 nümayəndəlik açıb. Bu barədə şirkətin məlumatında deyilir.
“AtaSığorta”nın yeni nümayəndəlikləri Gədəbəy, Bərdə, Qazax, Gəncə, Ağdaş və Tovuzda yerləşir.
“AtaSığorta” özünün Strateji Planına uyğun olaraq yeni nümayəndəliklərin açılmasını gələcəkdə də davam etdirəcək.
Məlumatda qeyd olunur ki, hazırda “AtaSığorta”nın xidmət şəbəkəsinə 4 filial və 10 nümayəndəlik daxildir.
“AtaSığorta” 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkətin yeganə səhmdarı “AtaHolding”dir. Şirkət Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir və 26 sığorta növü üzrə xidmət göstərir. Hazırda “AtaSığorta”nın nizamnamə kapitalı 7,6 mln. manata bərabərdir.
2013-cü ilin 9 ayı ərzində şirkətin sığorta haqları 9 mln. 354,746 min manat, ödənişləri 1 mln. 905,944 min manat təşkil edib.