Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 1 mlrd. 11 mln. 745,29 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Yanvar-sentyabr aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 723 mln. 446 min manat, aksizlər üzrə 60 mln. 681,6 min manat, yol vergisi üzrə 13 mln. 237,91 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 214 mln. 379,78 min manat məbləğində olub.
Xəbər verildiyi kimi, 2013-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1,38 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.