2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda istismara verilmiş yaşayış evlərinin ümumi sahəsi 1 mln. 478 min kv. metr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 23,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 24,88 min şagird yerlik orta məktəb binaları istismara verilib.
Bu ilin 9 ayı ərzində 997 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib.
Xəbər verildiyi kimi, 2012-ci ildə Azərbaycanda istismara verilmiş yaşayış evlərinin ümumi sahəsi 1 mln. 757,4 min metr təşkil edib.