2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 5 mlrd. 63 mln. 26,4 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bununla belə, hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş qaz ixracı $557 mln. 914,23 min məbləğində 2 mlrd. 364 mln. 223,66 min kubmetr təşkil edib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.