Vergilər Nazirliyi göstərilən elektron xidmətlərin spektrini genişləndirib. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
Vergilər Nazirliyi tərəfindən daha 5 yeni elektron xidmətin göstərilməsinə başlanılıb: “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması”, “Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”, “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”, “Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi”, “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi”.
Beləliklə, Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin ümumi sayı 51-ə çatıb.
Nazirlik 57 növ elektron xidmət göstərməyi nəzərdə tutur.