Oktyabrın 24-də saat 11.30-da "İnterfaks-Azərbaycan" agentliyinin mətbuat mərkəzində Azərbaycanın Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelinin mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransı Biryulevo rayonunda baş vermiş insidentə həsr olunub.
“İnterfaks-Azərbaycan” agentliyinin yeni ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07