2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın daxili bazarına 3 mln. 857,6 min ton neft məhsulu tədarük olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daxili bazara 1 mln. 47,7 min ton dizel yanacağı, 1 mln. 28,5 min ton avtomobil benzini, 405,3 min ton kerosin, 162,7 min ton mazut, 236,2 min ton neft bitumu, 120,4 min ton maye qaz, 956,8 min ton digər neft məhsulları tədarük olunub.
2013-cü il oktyabr ayının 1-nə ölkənin neft emalı zavodlarının anbarlarında 40,1 mln. manat dəyərində məhsul, o cümlədən 24 min ton avtomobil benzini, 6,3 min ton birbaşa qovulan benzin, 38,2 min ton kerosin, 49,8 min ton dizel yanacağı, 10 min ton sürtkü yağı və 2,6 min ton neft bitumu var.