Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-sentyabr aylarında 267 cinayət xarakterli gömrük qanun pozuntusu faktı aşkarlayıb. Bu barədə DGK-nın məlumatında bildirilir.
Hesabat dövründə gömrük orqanları tərəfindən qaçaqmalçılıqla bağlı 168, aksiz markası olmayan malların idxalı ilə bağlı 9, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 109 fakt qeydə alınıb. 99,414 kq narkotik vasitə və 10,171 kq psixotrop preparat müsadirə olunub.
DGK-nın məlumatına əsasən, yanvar-sentyabr aylarında ittiham olunan şəxslərin ümumi sayı 302 nəfər təşkil edib.
Yanvar-sentyabr aylarında DGK inzibati xarakterli 9398 qanun pozuntusu aşkarlayıb, o cümlədən gizli daşınma üzrə 103 fakt, bəyan edilməmiş məhsulların daşınması üzrə 185 fakt, malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin vaxtında çatdırılmaması üzrə 8023 fakt və digər qanun pozuntuları qeydə alınıb.