Bakıda İSESKO-nun Asiya regionu ölkələri üzrə Milli Komissiyaları baş katiblərinin regional iclası öz işinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
Tədbirin əsas məqsədi İSESKO-nun təhsil sahəsində gələcək siyasətinin, həyata keçiriləcək proqramlarının və iş metodlarının, eləcə də Milli Komissiyaların İSESKO ilə əməkdaşlığının genişləndirilməsi, bu təşkilatın Milli Komissiyaları arasında təcrübə mübadiləsi və digər məsələlərin müzakirəsidir.
İclasda İSESKO-ya üzv olan 6 ölkənin, o cümlədən Azərbaycan, Banqladeş, İndoneziya, Maldiv Respublikası, Pakistan və Tacikistanın, habelə İSESKO-nun nümayəndələri iştirak edirlər.
Regional iclas oktyabrın 24-də başa çatacaq.