Milli Məclisin deputatları çərşənbə axşamı plenar iclasda hakimlərin vəzifələrə təyin və bu vəzifələrdən azad olunması ilə bağlı məsələləri müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin parlamentin iclasından verdiyi məlumata görə, Qail Məmmədov yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
“Məhkəmələr və hakimlər haqqında” qanuna müvafiq olaraq Milli Məclis Bakı, Gəncə və Şirvan şəhər apellyasiya məhkəmələrinin hakimlərini tutduqları vəzifələrdən azad edib.