Oktyabrın 28-29-da Vyanada İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) arasında danışıqların növbəti raundu keçiriləcək. İran mətbuatının çərşənbə axşamı verdiyi xəbərə görə, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi məlumat verib.
O söyləyib ki, İran nümayəndə heyətinin və beynəlxalq vasitəçilərdən ibarət “altılıq” qrupunun ekspertlər səviyyəsində görüşü İran-MAQATE danışıqlarından dərhal sonra baş tutacaq.