Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması məqsədilə təşkil edilmiş tender başa çatmış və Tender Komissiyasının 21 oktyabr 2013 cü il tarixli qərarına əsasən Mərkəzi Bankın balansında olan nəqliyyat vasitələrinin sığortalanması üzrə “Alfa Sığorta” ASC açıq tenderin qalibi elan olunmuşdur.
Xatırladaq ki, səhmdarı (100%) «Bank Technique» ASC-yə məxsus olan «Alfa Sığorta» şirrkəti 1997-ci ildə təsis edilmişdir. 7,78 mln manat Nizamnamə kapitalına malik “Alfa Sığorta” ASC 35-dən artıq könüllü və icbarı sığorta növləri üzrə fəaliyyət göstərir.