Azərbaycan Mərkəzi Bankı (AMB) “Alfa Sığorta” şirkətini bankın nəqliyyat vasitələrinin sığortalanması üçün keçirilən tenderin qalibi elan edib. Bu barədə bankın məlumatında deyilir.
“Bankın tender komissiyasının qərarına əsasən, “Alfa Sığorta” şirkəti bankın nəqliyyat vasitələrinin sığortalanması üzrə qalib elan edilib”,- deyə məlumatda bildirilir.
“Alfa Sıgorta” şirkəti fəaliyyət göstərmək üçün lisenziyanı 1997-ci ildə alıb. Şirkətin yeganə səhmdarı "Bank Technique” ASC-dir. Şirkətin nizamnamə kapitalı 7,78 mln. manata bərabərdir. Şirkət 35-dən artıq icbari və könüllü sığorta növü üzrə xidmət göstərir.
2013-cü ilin yanvar-sentyabr aylarında “Alfa Sığorta” şirkətinin topladığı sığorta haqları 4 mln. 289,169 min manat, ödənişləri 1 mln. 33,216 min manat təşkil edib.