Prezident İlham Əliyev çərşənbə günü Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarın etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Səfir Santyaqo Luis Bento Fernandes Alkasar oktyabrın 9-da keçirilən prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə prezident İlham Əliyevi təbrik edib.
O, əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
İ.Əliyev Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Siyasi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu deyən prezident iqtisadi, kənd təsərrüfatı, biznes, turizm və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.