Qəndob-Yalama yolunun 15-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həlak olub, daha iki nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Xaçmaz rayon polis şöbəsindən məlumat verilib.
İlkin məlumata görə, Xaçmaz rayonunun Çarxı kəndində “Moskviç”, “KamAZ” markalı avtomobillər və traktor toqquşub. Nəticədə iki nəfər hadisə yerində həlak olub. Onların şəxsiyyəti müəyyənləşdirilir. Daha iki nəfər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.