Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Yol qəzası “VAZ-21012” markalı avtomobilin “MAN” markalı yük maşını ilə toqquşması nəticəsində baş verib.
“Lada”nın sürücüsü hadisə yerində həlak olub, iki sərnişini isə müxtəlif dərəcəli xəsarətlərlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.