Milli Məclisin deputatları Gürcüstanda keçiriləcək prezident seçkilərinin müşahidəsində iştirak edəcəklər. Bu barədə Azərbaycan parlamentindən məlumat verilib.
Deputatlar Qənirə Paşayeva, Rasim Musabəyov və İlham Əliyev Azərbaycan parlamentinin müşahidəçiləri qismində, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov və Mirkazım Kazımov GUAM PA-nın xətti ilə, Azay Quliyev isə ATƏT PA-nın xətti iləprezident seçkilərini müşahidə edəcəklər.
Azərbaycan deputatlarının Gürcüstana səfəri oktyabrın 26-dan 28-dək davam edəcək.
Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.