Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Anarın 75 illik yubileyi ilə əlaqədar kitabsevərlərlə görüş keçirilib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turiam İdarəsinin rəsmi saytında məlumat verilir.
Tədbir xalq yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən videogörüntünün nümayişi ilə açlıldı.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tədbirdə çıxış edərək oxucular adından xalq şairi Anarı təbrik edib ona Fəxri Diplom və hədiyyə təqdim edib.
Sonda tədbir iştirakçılarına Anarın əsərləri əsasında hazırlanmış tamaşalardan səhnəciklər nümayiş etdirilib.
Anar (Anar Rzayev) - Azərbaycan yazıçısı, şair, tərcüməçi, ssenarist, xalq yazıçısı. 14 mart 1938-ci ildə şair ailəsində anadan olub. Atası Rəsul Rza və anası Nigar Rəfibəyli ölkədə tanınmış şairlər olublar.
Yazıçının ən məşhur və aktual əsərlərindən biri – “Beş mərtəbəli binanın altıncı mərtəbəsi” – boşanmış qadının və “yaxşı ailə”dən olan gəncin münasibətlərindən bəhs edir. Yazıçının digər maraqlı əsərləri sırasında “Otel otağı”, “Dantenin yubileyi”, “Mən, sən, o və telefon” və s. var.