Bir gün öncə president İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, Azərbaycanda ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək. Bu barədə rəsmi mətbuat məlumat verir.
Azərbaycanın dövlət və özəl ali məktəblərində təhsil pulsuz olacaq, ölkənin ali və orta ixtisaslı təhsil müəssisələrinə qəbul sistemi təkmilləşdiriləcək.
Bundan başqa 12 illik ümumi məktəb təhsilinə keçid planlaşdırlır. Bunlardan 10-u məcburi, qalan iki il isə - tam orta təhsildir. Bununla belə, hər tədris müəssisəsi İnternetə çıxış, hər şagird tam orta təhsil səviyyəsində - elektron daşıyıcıya yüklənən (kompüter, planşet) elektron dərsliklər ilə təmin olunmalıdır. Strategiyaya əsasən, büdcədənkənar vəsait hesabına Təhsilin İnkişafı Fondu yaradılacaq. Dövlətin hər şagirdə sərf etdiyi vəsait iki dəfə artırılacaq.
Təhsil strategiyasında həmçinin müəyyən edilib ki, məktəbəqədər bir illik hazırlıq təhsili icbari olacaq.