Azərbaycanın vergilər naziri Fazil Məmmədov cümə günü respublikanın şimal regionunun sakinlərini qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına əsasən, İsmayıllı rayonunda səfərdə olan nazir həmçinin buradakı sakinlərlə yanaşı Oğuz və Qəbələ rayonlarının sakinlərini də qəbul edib. F.Məmmədovun qəbulunda ümüumilikdə 50-yə yaxın vətəndaş olub.
Əsasən görüşlərdə vergilərə əlavə edilmiş məbləğlər, ödənişlər, kassa aparatlarının istifadəsi, vergilıər üzrə borcların ödənilməsi, vergi orqanlarına işə düzəlmək və s. məsələlər qaldırılıb.
Vətəndaşlar tərəfindən qaldırılan bir çox məsələlər yerində öz həllini tapıb. Digər təkliflər nəzərə alınıb və yerli strukturlara müvafiq tapşırıqlar verilib.