2013-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri 16,8% - 6,88 mlrd. manata qədər artıb. Bu barədə ABB-nin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, 1 oktyabr 2012-ci ilə göstərici ilə müqayisədə ABB-nin aktivləri 25% artıb.
2013-cü il oktyabrın 1-nə bankın kredit portfeli 4 mlrd. 863 mln. manat (artım 26,1%), istehlak kreditləri 540,4 mln. manat (artım 23,9%) təşkil edib.
Cari ilin üç rübünün fəaliyyətinin yekunları üzrə əhalinin əmanətləri 1,526 mlrd. manat təşkil edib.
Oktyabrın əvvəlinə bankın məcmu kapitalı 773,5 mln. manat (artım 7,4%), nizamnamə kapitalı 368,33 mln. manat (artım 11,3%) təşkil edib.
2013-cü ilin yanvar-sentyabr ayları ərzində ABB-nin xalis mənfəəti 36,6 mln. manat təşkil edib.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.