Oktyabrın 19-da Sumqayıt şəhərində yerləşən yanan "Karvan" ticarət mərkəzində yanğınaqarşı təhlükəsizliyin riayət olunmasında ciddi pozuntular aşkar edilib.
"Karvan" ticarət mərkəzində yanğına qarşı ciddi pozuntular aşkar edilib tikinti norma və qaydalarına əməl olunmayıb, yanğınaqarşı su təchizatının bərbad vəziyyətdə olub”, - deyə FHN-in rəsmi mətbu orqanı olan “Fövqəladə hallar” qəzeti FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Elmar Hüseynovun iclasdakı çıxışından sitat gətirib.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev öz növbəsində "Karvan" MMC-yə məxsus ticarət mərkəzində yanğının baş verməsinə şərait yaradan amillərin vaxtında aradan qaldırılmamasında obyekt rəhbərliyini laqeyd münasibətdə ittiham edib Bunun nəticəsində əhaliyə külli miqdarda ziyan dəyib. Nazir müavini bu tip obyektlərdə baş verə biləcək yanğınların qarşısının alınması üçün yanğına qarşı profilaktiki tədbirlərin gücləndirilməsi məqsədilə müvafiq göstərişlər verib.
Bundan başqa, yanan obyektdə müvafiq yanğına qarşı çatışmazlıqların mövcud olması, həmçinin su təchizatı məsələsinin həllində təsirli tədbirlərin görülməməsinə görə aidiyyəti qurumların rəhbərlərinə ciddi iradlar bildirilib. Nazir müavini respublikada fəaliyyət göstərən mühüm əhəmiyyət kəsb edən bütün obyektlərin yanğına qarşı vəziyyətinin bir daha ciddi öyrənilməsini tapşırıb.
Oktyabrın 19-da qeydə alınan yanğın zamanı ümumi sahəsi 35 min kvadratmetr olan “Karvan” ticarət kompleksinin 21 min kvadratmetri yanıb. Hadisə yerinə FHN-nin müxtəlif təyinatlı 27 ədəd texnika və Yanğinsöndürmə Xidmətinin 250 əməkdaşı cəlb olunub. Alov ilə mübarizə beş saata yaxın davam edib.