Bazar ertəsi Bakıda “2+1”Eksperimental Teatr Festivalı açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Festival Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilir.
Festival ilk dəfə 2011-ci ildə keçirilib. Əsas məqsəd gəncləri yeni yaradıcılıq axtarışlarına cəlb etmək, onların təşəbbüslərini qiymətləndirməkdir.
Festivalda səkkiz kollektiv doqquz tamaşa ilə iştirak edəcək, Fərqlənən tamaşalar gələcəkdə beynəlxalq layihələrə təqdim olunacaq.
Tədbir noyabrın 6-na qədər davam edəcək.