Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə oktyabrın 28-də “BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçiriləcək BMT TŞ-nin yüksək səviyyəli iclasında iştirak və sədrlik etmək üçün Nyu-Yorka yola düşür. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
İclas çərçivəsində E.Məmmədyarovun çıxışı və eyni zamanda iclasın yekunu olaraq BMT TŞ-də Azərbaycan sədrliyinin bəyanatı nəzərdə tutulub.
BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi üzrə BMT TŞ çərçivəsində bu kimi ilk təşəbbüsün müəllifi olan Azərbaycan BMT TŞ-də sədrliyi dövründə bu mövzunun daha da inkişaf etdirilməsi və iki təşkilat arasında əməkdaşlığın müxtəlif formalarının müəyyən edilməsini qarşısına prioritet məqsədlərdən biri kimi qoyub.