Azərbaycan iş adamları Hindistanda günəş batareyalarının istehsalında istifadə olunan 156 mm-lik elementlərin (156 mm mono solar cells) təchizatı üzrə keçirilən tenderdə iştirak etmək üçün dəvət alıblar. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
Tenderdə iştirak etmək istəyən Azərbaycan şirkətləri tender haqqında www.bheledn.com; www.bhel.com; www.tenders.gov.in.saytlarında daha ətraflı məlumat əldə edə bilərlər.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.