Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) geodeziya sahəsində bir sıra dövlət standartlarını təsdiq edib. Bu barədə komitənin məlumatında bildirilir.
Komitə AZS ГОСТ 22268-2012 “Geodeziya. Terminlər və təriflər”, AZS ГОСТ Р 51605-2013 “Rəqəmsal topoqrafik xəritələr. Ümumi tələblər”, AZS ГОСТ Р 21830-2013 “Geodeziya alətləri. Terminlər və təriflər”, AZS ГОСТ Р 52438-2013 “Coğrafi informasiya sistemləri. Terminlər və təriflər” dövlət standartlarını təsdiq edib.
Standartlar “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika (TK 11)” standartlaşdırma üzrə Texniki Komitə tərəfindən hazırlanıb.
Standartların tətbiq vaxtı 1 noyabr 2013-cü il tarixindən müəyyən edilib.