Bakının Ələt qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümünə və üç nəfərin yaralanmasına səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Qaradağ rayonunun Ələt qəsəbəsində “Opel” markalı avtomobilin çevrilməsi nəticəsində maşında olan sərnişinlərdən biri Elvin Bayramov hadisə yerində həlak olub. Sürücü Xaqani Azumov və daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatıdırılıb.
Faktla bağlı araşdırma aparılır.