Noyabrın 4-də Gəncədə Azərbaycan- Türkiyə biznes forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
Biznes forum Türkiyənin kənd təsərrüfatı, qida və ağır sənaye, tikinti, səhiyyə və İKT sahələrində fəaliyyət göstərən 20-yə yaxın şirkət nümayəndəsinin Azərbaycana səfəri çərçivəsində təşkil olunacaq.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.