Şabran rayonunda baş vermiş yol- nəqliyyat hadisəsində iki nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Şabran rayon polis şöbəsindən məlumat verilib.
Qəndob-Yalama yolunun 6-cı kilometrliyində Xaçmaz rayon sakini Zöhrab Həsənovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillə Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı Q.Çopanovun idarə etdiyi “Volvo” markalı yük maşını toqquşub. Qəza nəticəsində balıq yüklənmiş “TIR” aşıb, “Lada”nın sürücüsü və onun həyat yoldaşı Nahidə Qasımova xəsarət alıblar. Yaralılar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.