BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi Lahdar Brahimi çərşənbə günü Suriya prezidenti Bəşər Əsədlə görüşəcək. Bu barədə “Əl Ərəbiyə” telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
L.Brahimi bazar ertəsi “Cenevrə-2” konfransına hazırlıq üzrə turne çərçivəsində Dəməşqə gəlib.
O, B.Əsədlə yanaşı, Suriyanın xarici işlər naziri Valid Muallem və müxalifət nümayəndələri ilə də görüşəcək.
L.Brahiminin sözlərinə görə, Suriya prezidenti B.Əsəd “yeni Suriya”nın formalaşmasına kömək edə bilər, lakin o, bunu ölkə rəhbəri kimi etməməlidir.