Damazlıq heyvanların növbəti partiyası “Aqrolizinq” ASC-nin Gəncə regional bazasına gətirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Fransadan ətlik Şarole cinsindən olan 168 baş inək gətirilib. Bunlar 18-20 aylıq boğaz şəkildə gətirilən heyvanlardır və çəkisi 670-680 kq təşkil edir”, – deyə “Aqrolizinq” ASC-nin Gəncə regional bazasının müdiri İdris Vəliyev bildirib.
Baytar həkimlərin 1 ay karantin nəzarətində qalacaq heyvanlardan qan nümunələri götürülüb, vaksinasiya olunublar.
Bu il fermerlərə lizinq yolu ilə satılmaq üçün 3 mindən artıq südlük və ətlik damazlıq inəklər gətirilib.