Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2013-cü ilin yekunları üzrə inflyasiyanın səviyyəsindən asılı olaraq 2014-cü ildə pensiyanın sığorta hissəsinin indeksləşdirilməsinə 27,7 mln. manat vəsait yönəltməyi nəzərdə tutub. Bu barədə çərşənbə günü jurnalistlərə DSMF sədrinin birinci müavini Elman Mehdiyev məlumat verib.
“Hökumətin proqnozlarına əsasən, 2013-cü ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 3,3% təşkil edəcək. Buna əsaslanaraq DSMF-in 2014-cü il büdcəsində pensiyanın sığorta hissəsinin indeksləşdirilməsi üçün 27,7 mln. manat həcmində vəsait nəzərdə tutulub”, - deyə E.Mehdiyev Milli Məclisin Sosial siyasət komitəsinin iclasında fondun 2014-cü il büdcəsinin müzakirəsi zamanı bildirib.