BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi Lahdar Brahimi Suriyaya dair beynəlxalq konfransda Səudiyyə Ərəbistanının iştirakına ümid edir. Bu barədə Livanın “Daily star” qəzeti çərşənbə günü məlumat verir.
L.Brahimi danışıqlar prosesi zamanı Səudiyyə Krallığının oynaya biləcəyi rolu yüksək qiymətləndirir.
“Səudiyyə Ərəbistanı Suriyanın ən iri müxalifət birləşmələrini dəstəkləyir. Onların bir hissəsi keçiriləcək konfransda iştirakdan imtina edib”, - deyə “Daily star” qeyd edir.
L.Brahimi noyabrın 23-nə planlaşdırılan “Cenevrə-2” konfransına hazırlıq üzrə turne çərçivəsində Dəməşqə gəlib.
Çərşənbə günü Suriya prezidenti Bəşər Əsədlə keçirilən görüşdən başqa onun Suriyanın xarici işlər naziri Valid Muallem və daxili müxalifət nümayəndələri ilə də görüşəcəyi gözlənilir.