Azərbaycan polisləri ölkənin qərb regionunda narkotik maddə satmaq cəhdinin qarşısını alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib.
Goranboy rayon polis şöbəsinə gətirilmiş Tərtər rayon sakini, 1971-ci il təvəllüdlü Cəfər Hüseynova məxsus bağlamaya baxış zamanı polislər 30 kibrit qutusunda marixuana aşkarlayıblar.
Bundan başqa, Qax rayon polis şöbəsinin əməkdaşları rayon sakini Elçin Hasilovun dükanında 46,54 qram marixuana aşkarlayıblar. Təhqiqat zamanı məlum olub ki, saxlanılan şəxs əvvəllər də narkotik vasitələrdən istifadə və onların saxlanmasına görə cinayət məsuliyyətinə cəlb edilib.
Hər iki faktla bağlı cinayət işi açılıb, istintaq gedir.