Cənub bölgəsində baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı DİN Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Cəlilabad şəhəri ərazisində Ələt-Astara magistral yolunda Rusiya vətəndaşı Şamil Mahardovun idarə etdiyi “Volvo” markalı yük maşını rayon sakini Hikmət Bədəlovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub.
Toqquşmadan sonra Masallı rayon sakini Əliağa Həsənovun idarə etdiyi “BMW” markalı avtomobil yük maşınının arxa hissəsinə çırpılıb. Güclü zərbənin təsirindən “Lada” aşıb.
Nəticədə “Lada”nın sürücüsü və iki sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. H.Bədəlov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.