İlham Əliyevin prezident seçkilərində qələbəsi Rusiya Federasiyasında yaşayan bütün xalqlar üçün sevindirici hadisədir. Bu barədə RF prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bu gün öz işinə başlayan III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı bəyan edib.
“Rusiya üçün Azərbaycanın uğurları çox vacibdir. Biz iki yaxın xalq və dövlətik”,- deyə o əlavə edib.
M.Şvıdkoy qeyd edib ki, Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycan və Rusiya tərəfindən təsis edilib.
“Məhz burada bəşəriyyəti fəlakətdən xilas edəcək alətlər hazırlanır”, - deyə o vurğulayıb.
Daha sonra M.Şvıdkoy Rusiya prezidenti Vladimir Putinin forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.