Dekabrın 5-8-də Koreyanın Seul şəhərində "Qabaqcıl Kənd Təsərrüfatı Texnologiyası" sərgisi təşkil olunacaq. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
“Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur”, - deyə məlumatda qeyd edilir.
Sərgi çərçivəsində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün yeni növ texnologiyalar və s. sahələr üzrə ixtisaslaşan yerli və xarici şirkətlərin məhsullarının nümayişi nəzərdə tutulub.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.